COP29 | Prezident İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

 COP29 |  Prezident İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
  13 Noyabr 2024    Oxunub:490
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
AzVision.az xəbər verir ki, Yunanıstanın Baş naziri COP29-un qısa müddət ərzində yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, Bakı ilə Afina arasında birbaşa uçuşların təşkili məsələləri qeyd edildi.

AzVision.az



Teqlər:





Xəbər lenti